Teymur Rəcəbov hara geriləyir belə?
Bizi izləyin

İdman

Teymur Rəcəbov hara geriləyir belə?

Teymur Rəcəbov hara geriləyir belə?

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq cədvəlini açıqlayıb.

Publika.az xəbər verir ki, kişi şahmatçıların mart ayı üçün açıqlanan siyahısının ilk “yüzlüyü”ndə Azərbaycanın 4 şahmatçısı yer alıb.

Ən yüksək nəticəyə Şəhriyar Məmmədyarov imza atıb. Mövqeyini qoruyan qrossmeyster 2757 xalla 13-cü olub. Teymur Rəcəbov 3 pillə geriləyərək, 37-ci yerə düşüb.

Onun aktivində 2713 xal var. Rauf Məmmədov 3 pillə irəliləyərək 84-cü yerə yüksəlib - 2660 xal. Eltac Səfərli “Top-100”ə daxil olub. Onun aktivində 2656 xal var və 90-cı pilləni tutur.

Qadın şahmatçıların mart ayı üçün reytinq cədvəlinin ilk "yüzlüyü”ndə Azərbaycan təmsilçiləri yer almayıb.

Gənc oğlanların reytinq cədvəlində 4 həmyerlimiz var. Nicat Abbasov bu siyahıda 33-cü (2516 xal), Ülvi Bacarani 42-ci (2492), Zaur Məmmədov 67-ci (2453), Misrətdin İsgəndərov 99-cu (2418) olub. Gənc qadınların siyahısında isə 3 təmsilçimiz yer alıb: Səbinə İbrahimova, (37-ci yer, 2219 xal), Günay Məmmədzadə (55, 2175), Nərmin Xələfova (59, 2171).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm