Azərbaycanda jurnalistlər arasında Paintball turniri keçirilir
Bizi izləyin

İdman

Azərbaycanda jurnalistlər arasında Paintball turniri keçirilir

Azərbaycanda jurnalistlər arasında Paintball turniri keçirilir

Bakıda 1 mart 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Aktiv ol!” adlı layihənin açılışı baş tutub.

Açılışı baş tutan turnirdə Azərbaycanda fəaliyyət göstərən televiziyalar, internet saytları və qəzetlər iştirak edəcək.

Layihənin rəhbəri jurnalist Əfsələddin Ağalarov turnirin xüsusi Paintball zalında keçiriləcəyini və yarışların həmin ərazidə aparılacağını söyləyib:

“Turnirdə 8 mətbuat orqanı iştirak edəcək. Bu mətbuat orqanlarında çalışan jurnalistlər öz güclərini nümayiş etdirib turnirin qalibi olmağa çalışacaqlar”.

Qeyd edək ki, turnir 1 aprel tarixində başa çatacaq. Qalib gələn mətbuat orqanı diplom və mükafatlarla təltif ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm