Pelleqrini dilinin bəlasına düşdü
Bizi izləyin

İdman

Pelleqrini dilinin bəlasına düşdü

Pelleqrini dilinin bəlasına düşdü

"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə cavab qarşılaşmasını kənardan izləməli olacaq. Publika.az xəbər verir ki, UEFA təcrübəli mütəxəssisi iki oyunluq cəzalandırıb.

Buna Pelleqrinin ÇL-də "Barselona" ilə ilk matçdan sonra görüşün hakimi haqda verdiyi açıqlaması səbəb olub.

Qeyd edək ki, Pelleqrini oyunun hakimi Yonas Erikssonun qarşılaşmanı çox pis idarə etdiyini söyləmişdi: "Hakim "Barselona"nın lehinə qərarlar verdi".

O, sonradan dediyi fikirlərə görə üzr istəsə də, UEFA baş məşqçini bağışlamayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm