FIFA-dan tarixi qərar: hicablı futbolçular...
Bizi izləyin

İdman

FIFA-dan tarixi qərar: hicablı futbolçular...

FIFA yaşıl meydanlarda hicaba icazə verib. Bu barədə ali futbol qurumu rəsmi məlumat yayıb.

FIFA yaşıl meydanlarda hicaba icazə verib. Bu barədə ali futbol qurumu rəsmi məlumat yayıb.

Qadın futbolçuların meydana hicabla çıxa biləcəyini açıqlayan FIFA maraqlı bir məqama da toxunub. Belə ki, qurumun baş katibi Jerome Valke kişi futbolçuların da artıq bu haqqa sahib olduğunu bildirib.

Qeyd edək ki, hicaba icazə verilməsi ilə bağlı təklifi FIFA-ya Asiya Futbol Konfederasiyası vermişdi. FIFA iki illik təcrübələrdən sonra buna icazə verib.

FIFA 2007-ci ildə təhlükəsizlik tədbirlərinə problem yaratması səbəbi ilə hicaba və digər dini aksesuarlara qadağa qoymuşdu. Lakin bu qərar İslam ölkələrində etirazla qarşılanmışdı. London Yay Olimpiya Oyunlarında İranın qadın yığması hicabla meydana çıxmağa icazə verilmədiyindən oynamaqdan imtina etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm