“Land of Fire - Azerbaijan” daha bir il “Atletiko Madrid”in köynəyində - FOTO
Bizi izləyin

İdman

“Land of Fire - Azerbaijan” daha bir il “Atletiko Madrid”in köynəyində - FOTO

“Atletiko Madrid” klubunun oyunçuları daha bir il üzərində “Land of Fire - Azerbaijan” yazılmış idman geyimində yaşıl meydanlara çıxacaqlar.

“Atletiko Madrid” klubunun oyunçuları daha bir il üzərində “Land of Fire - Azerbaijan” yazılmış idman geyimində yaşıl meydanlara çıxacaqlar.

Martın 1-də İspaniyanın paytaxtı Madriddəki “Visente Calderon” stadionunda “Atletiko Madrid” klubu ilə Azərbaycan arasında imzalanmış əməkdaşlıq sazişinin müddətinin daha bir il artırılması ilə bağlı təntənəli mərasim keçirilib.

Mərasimdə çıxış edən “Atletiko Madrid” klubunun prezidenti Enrike Serezo bu layihə və ümumilikdə Azərbaycan barədə maraqlı fikirlər səsləndirib. O bildirib ki, layihə dünya futbol aləminə yenilik gətirib. İlk dəfə olaraq hansısa bir marka və ya məhsul yox, məhz ölkə təbliğ olunmağa başlayıb. Bu layihə ilə yüz minlərlə insan güclü iqtisadiyyata və qədim mədəniyyətə malik Azərbaycanı yaxından tanıyıb. Futbol xalqların yaxınlaşmasına xidmət etməklə, dünyada sülhü təbliğ edir. Bizim əməkdaşlığımız bunun gözəl nümunəsidir. Cəmi bir il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtmağa çalışdıq. Bunun nəticəsi olaraq Azərbaycan-İspaniya Ticarət Palatası yaradıldı.

“Atletiko”nun əsas heyəti ilə Azərbaycana səfərini də xatırladan klub prezidenti Bakının gözəlliyinə, insanların xeyirxahlığı və mehribanlığına heyran qaldıqlarını vurğulayıb.

Sonra “Atletiko Madrid” ilə “Bakı” klubu arasındakı əməkdaşlığı əks etdirən videoçarx nümayiş olunub.
“Bakı” futbol klubunun icraçı direktoru Yaşar Seyidov çıxışında bu layihənin təmsil etdiyi komandanın və ümumilikdə Azərbaycan futbolunun inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev ölkələrimiz arasındakı əlaqələrin bugünkü vəziyyətindən danışaraq qeyd edib ki, bu il çox əhəmiyyətli qarşılıqlı səfərlərlə yadda qalacaq. O, tədbir iştirakçılarına Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti və idman həyatı barədə məlumat verib. Səfir “Land of Fire - Azerbaijan” layihəsinin ölkəmiz üçün əhəmiyyətini bir daha nəzərə çatdırıb.

Tədbirin sonunda “Atletiko”nun prezidenti, baş məşqçisi, əsas heyətin futbolçuları və azərbaycanlı qonaqlar klubun rəmzi köynəyini imzalamışlar.

Xatırladaq ki, 2013-cü il fevralın 1-də imzalanmış razılaşmaya əsasən, “Atletiko Madrid” klubunun oyunçuları üzərində “Land of Fire - Azerbaijan” loqosunun əks olunduğu idman geyimində yaşıl meydanlara çıxırlar. Razılaşmaya əsasən, 3 il ərzində azərbaycanlı futbolçular “Atletiko” klubunun futbol akademiyasında təlimlər və yoldaşlıq görüşləri keçirəcəklər. Hazırda 16 yaşlılardan ibarət yığmamızın heyəti “Atletiko”nun dəvəti ilə Madriddə təlim-məşq toplanışındadırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm