Azərbaycan və Avropa: məşqçilərə kim inanır? - ARAŞDIRMA
Bizi izləyin

İdman

Azərbaycan və Avropa: məşqçilərə kim inanır? - ARAŞDIRMA

Avropada baş məşqçilərin fəaliyyət müddəti müəyyənləşib. Almaniya Bundesliqası baş məşqçilərə ən çox güvənilən çempionatdı. Belə ki, Berti Foqtsun vətənində bir mütəxəssis orta hesabla 22,5 ay bir komandanı çalışdırır.

Avropada baş məşqçilərin fəaliyyət müddəti müəyyənləşib. Almaniya Bundesliqası baş məşqçilərə ən çox güvənilən çempionatdı. Belə ki, Berti Foqtsun vətənində bir mütəxəssis orta hesabla 22,5 ay bir komandanı çalışdırır.

Bundesliqada inam tükənmir

Son illərin ən çox inkişaf edən çempionatı olan Bundesliqada mütəxəssislərə inam digər birinciliklərdən üstündü. Davam edən 2013/14 mövsümündə komanda çalışdıran mütəxəsslərdən 9-u bir ildən artıqdı ki, iş başındadı. Onlardan 6 nəfəri artıq mövsümdü ki, həmin komandalara rəhbərlik edir. "Ayntraxt"ın çalışdırıcısı Tortsten Lieberknext düz 5 il 9 aydı işini davam etdirir və Bundesliqadakı digər həmkarlarını qabaqlayır. Onu "Borussiya"ya (Dortmund) başçılıq edən Yurgen Klopp izləyir. Avropa Liqasında "Qarabağ"la qarşılaşmış mütəxəssis 5 il 8 aydı bu vəzifəni icra edir.

İngiltərədə yer-yerindən oynadı

Uzun illər bir baş məşqçiyə güvənin İngiltərə Premyer Liqasında 7 mütəxəssis artıq 2 mövsümdü eyni yerdə çalışır. Amma ötən mövsümün sonunda Aleks Ferqyusonun 27 il başçılıq etdiyi "Mançester Yunayted"i tərk etməsi mövcud durumu böyük ölçüdə dəyişib. Çünki 11 il "Everton"u çalışdıran David Moyes onun yerinə keçib. Belə olan şalda 4 il "Viqan"a başçılıq edən Roberto Martines də "Everton"a üz tutub.

Hazırda Premyer Liqada çalışan Arsen Venger 17 il 5 aydı ki, "Arsenal"ın sükanı arxasındadı. Fransız mütəxəssis ən yaxın izləyicisi, "Nyukasl"ı çalışdıran Alan Pardevi 14 il 3 ay qabaqlayır. Bu mütəxəssis 3 il 2 aydı komandaya başçılıq edir. Premyer Liqanın cari mövsümündə 7 klub baş məşqçisi ilə vidalaşıb.

İspaniyada cəmi 12 ay

20 klubun mübarizə apardığı İspaniya La Liqasının təmsilçilərindən 9-u baş məşqçisi ilə 1 ildən artıqdı ki, çalışır. "Xetafe"ni çalışdıran Luis Qarsiya Plaza və "Atletiko"ya rəhbərlik edən Dieqo Simeoneni çıxmaq şərti ilə digər La Liqa klubları baş məşqçilərinə göstərdiyi etimadın müddəti ən yaxşı halda 2 mövsümdü. Orta müddət isə 12 ay hesab olunur.

Luis Qarsiya Plaza 3 il 1 aydı "Xetafe"yə başçılın edir və işini ən uzun müddət itirməyən mütəxəssisdi. "Betis" cari mövsümdə ən çox baş məşqçi dəyişən komandadı. Mövsüm ərzində Pepe Mel və Xuan Karlos Qarridonu yola salan komandanı hazırda Qabriel Kalderon çalışdırır.

"Real" və "Barselona" mövsümün əvvəlində yeni mütəxəssislə anlaşsa da, digər La Liqa təmsilçilərinə nisbətən baş məşqçilərə daha uzun müddət güvənirlər.

İtaliyanın birincisi "Atalanta"

İtaliyada çalışan 20 mütəxəssisdən 7-si bir ildən artıqdı ki, komandanın başındadı. 4 il 1 aydı "Atalanta"ya rəhbərlik edən Stefano Kolantuono A Seriyasının hazırda ən uzun ömürlü çalışdırıcısıdı. "Udineze"ni çalışdıran Françesko Quydolin 3 il 8 aydı vəzifəsini icra edir. Cari mövsümdə İtaliyada 9 baş məşqçi istefaya göndərilib. "Kataniya" və "Livorno" 2 dəfə baş məşqçisinə qapını göstərib.

Türkiyədə sadəcə 2 klub

Qardaş Türkiyədə baş məşqçilərə etimad olduqca aşağı səviyyədədi. Belə ki, Super Liqada çıxış edən 18 klubdan cəmi 2-sinin baş məşqçisi bir ildən artıqdı işləyir. "Akhisar Bələdiyyəspor"a başçılıq edən Hamza Hamzaoğlu 2 il 11 ay, "Kasımpaşa"nı çalışdıran Şota Arveladze 1 il 4 aydı bu işi icra edir. Onları 9 ayla Roberto Karlos (Sivasspor), 8 ayla Ersun Yanal (Fənərbaxça), Slaven Biliç (Beşiktaş), Ertuğrul Sağlam (Eskişəhərspor) və Samet Aybaba (Antalyaspor) izləyir. "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini 5 ay əvvəl Fatih Terimin yerinə təyin olunub. "Trabzonspor"un baş məşqçisi Hami Mandıralı isə cəmi 17 gündü bu vəzifəni tutur.

Qurban Qurbanov hamıdan öndə

Premyer Liqanın ən etibarlı mütəxəssisi Qurban Qurbanovdu. "Qarabağ"ı çalışdıran məşqçi 2008-ci ilin avqustundan - 5 il 7 aydı ki, bu postu tutur. Qurbanovu 4 il 8 ayla "İnter"in çalışdırıcısı Kaxaber Tsxadadze izləyir.

Hazırda Premyer Liqada çalışan 10 mütəxəssisdən cəmi 4-ü bir ildən artıqdı ki, bu potsdadı. Belə ki, Georgi Çixradze 1 il 11 aydı "Simurq"a, Vaqif Sadıqov 1 il 10 aydı AZAL-a başçılıq edir.

Cari mövsümdə 3 klubda 9 baş məşqçi dəyişikliyi olub. Ən çox baş məşqçilərlə yollarını ayıran "Rəvan"dı. Paytaxt klubu mövsümə Ramil Əliyevlə başlayıb. Onu Vladislav Qədirov əvəzləyib. Qədirovun yerinə Şahin Diniyev keçib. Son olaraq isə komandanın başına Güvənc Kurtar gətirilib.

Mövsümə Tərlan Əhmədovla başlayan "Neftçi" Superkubokdan sonra Nazim Süleymanovu komandaya gətirib. Onu isə Albaniyanın "Skenderbeu" klubu ilə oyundan sonra istefa verən Böyükağa Hacıyev əvəzləyib.

Digər məşqçi dəyişikliyi "Xəzər Lənkəran"da olub. Uelsli mütəxəssis yerini türk həmkarı Mustafa Dənizliyə verib.

"Qarabağ", "Qəbələ", "Bakı", "İnter", "Simurq", AZAL və "Sumqayıt" baş məşqçilərini dəyişməyib.

1. Qurban Qurbanov - 5 il 7 ay

2. Kaxaber Tsxadadze - 4 il 8 ay

3. Georgi Çixradze - 1 il 11 ay

4. Vaqif Sadıqov - 1 il 10 ay

5. Yuri Syomin - 10 ay

6. Aqil Məmmədov - 9 ay

7. Milinko Pantiç - 8 ay

8. Mustafa Dənizli - 3 ay

9. Böyükağa Hacıyev - 2 ay

10. Güvənc Kurtar - 2 ay

Milli komandalarda Almaniya...

Milli komandalarda baş məşqçilərə ən çox güvənən ölkə Almaniyadı. Berti Foqtsun da bir vaxtlar başçılıq etdiyi komandanın 1908-ci ildən bəri cəmi 10 baş məşqçisi olub. Hazırda Almaniya millisini çalışdıran Yoahim Löv 2006-cı ildən bu postu tutur. Berti Foqts 1990-1998-ci illərdə iş başında olub.

Almanlar bir dəfə yığmaya başçılıq etmiş mütəxəssisə heç bir halda ikinci şansı vermir. Almanlar kimi təkrara yol verməynə İgiltərə millisinə 1946-cı ildən sonra 17 mütəxəssis rəhbərlik edib. İtalyanlar 1920-dən sonra 29 mütəxəssisə güvənibsə, onlardan 19-u fərqli şəxslər olub. İspaniya millisini indiyədək 50, Türkiyəni 52 mütəxəssis çalışdırıb.

Azərbaycan millisinə gəlincə, hazırda komandanı çalışdıran Berti Foqts 2008-ci ildən bu postu tutur. Artıq 6 ilə yaxındı ki, postunu tərk etməyən alman mütəxəssis rekordçu hesab olunur. Çünki ondan əvvəl komandaya başçılıq etmiş heç bir mütəxəssis 2 illik mütəddəti aşa bilməyib.

1992-ci ildən bəri yığmamızı 10 mütəxəssis çalışdırıb. Onlardan Kazbek Tuayev 2, Vaqif Sadıqov 3 dəfə yığmannı "sükanı arxası"nda olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm