FHN tennis üzrə çempionat keçirib
Bizi izləyin

İdman

FHN tennis üzrə çempionat keçirib

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında stolüstü tennis idmanı üzrə çempionat keçirilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, çempionat Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilib.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində təşkil edilən çempionata 19 komandadan 60 idmançı iştirak edib. İdmançılar -2 Olimpiya Sistemi ilə həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), ikinci yeri FHN-in Akademiyası, üçüncü yeri isə Şimal-Qərb Regional Mərkəzin komandası tutub.

Şəxsi göstəricilərə görə Bayramov Əli (XRXX), İbrahimov Vüqar (DYMX) və Rzayev Tofiq (DYMX) müvafiq olaraq birinci, ikinci və üçüncü nəticəyə nail olublar.

Komanda və şəxsi hesaba görə qalib gələn idmançılara Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tərəfindən diplom, kubok, medal və qiymətli hədiyyələr təqdim edilib.

Hər ay keçirilən çempionatlarda ötən illərlə müqayisədə yüksək nəticələr əldə olunduğunu diqqətə çatdıran Füzuli Musayev qeyd edib ki, bu yarışa Azərbaycan çempionları da qatılıb. Eyni zamanda regional mərkəzin idmançıları da peşəkar səviyyədə oyun nümayiş etdirib, yer qazanıblar.

Qeyd edək ki, nazirliyin növbəti çempionatı mini-futbol üzrə keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm