7 illik həsrət bitdi - PSV Hollandiya çempionudur
Bizi izləyin

İdman

7 illik həsrət bitdi - PSV Hollandiya çempionudur

Hollandiya Erediviziyasında sona 3 tur qalmış çempion bəlli olub.

Publika.az xəbər verir ki, 31-ci turda "Herenven"i 4:1 hesabıyla məğlub edən PSV ən yaxın izləyicisi "Ayaks"ı 13 xal qabaqlayaraq çempionluğu bayram edib.

Sonuncu çempionluğunu 2008-ci ildə qazanmş PSV 7 il sonra yenə bu sevinci yaşayıb. "Ağ-qırmızılar" ümumilikdə 22-ci çempionluğunu qazanıb. Hollandiyada çempionluq sayına görə eyndhovenliləri yalnız "Ayaks" qabaqlayır. Amsterdam təmsilçisi 33 dəfə çempionluq sevinci yaşayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm