Gimnastlarımız "Qran-pri Moskva-2014"nün gümüş medallarını qazanıblar
Bizi izləyin

İdman

Gimnastlarımız "Qran-pri Moskva-2014"nün gümüş medallarını qazanıblar

Moskvanın "Dostluq" idman kompleksində bədii gimnastika mövsümünün açılışı üç gün ərzində davam edən yeniyetmələrin və böyüklərin yarışı möhtəşəm konsertlə bazar günü başa çatıb.

Moskvanın "Dostluq" idman kompleksində bədii gimnastika mövsümünün açılışı üç gün ərzində davam edən yeniyetmələrin və böyüklərin yarışı möhtəşəm konsertlə bazar günü başa çatıb.

Üçgünlük turnirlərin sonuncusu olan 20-ci "Qran-pri Moskva-2014" yubileyi çərçivəsində həm fərdi (top və halqa), həm də komanda (3 lent və 2 top, həmçinin 10 gürzlə hərəkətlər) hesabında yarışlarda bu gün mükafatçılar müəyyənləşib. Komanda hesabında hər iki hərəkətlərdə birinci yeri Rusiya yığması tutub, hakimlər xüsusilə 3 lentlə və 2 topla hərəkətlərdə rusiyalıları yüksək qiymətləndirib, onlara 17, 833 bal veriblər.

Azərbaycan yığması gün ərzində ikinci medal qazanmaqla böyük müvəffəqiyyət qazanıb.

Azərbaycan gimnastları dahi Müslüm Maqomayevin "Mavi əbədiyyət" əsəri ilə o qədər incə olublar ki, hakimlər onlara bir neçə saat əvvəl 10 gürzlə qrup hərəkətlərdə olan kimi layiqli ballar veriblər. Yekunda azərbaycanlı gimnastlar 16, 95 balla gümüş medal alıblar. Bu barədə Trend "Vestnik Kavkaza" istinadən məlumat verir.

"Qran-pri Moskva-2014" turnirinin fərdi yarışlarında rusiyalı Marqarita Mamun topla və halqa ilə hərəkətlərdə iki qızıl medal qazanaraq birinci olub.

Ümumilikdə Moskvada bədii gimnastika üzrə mövsümün açılışı tamaşaçıların Avropa və ABŞ-dan Afrikaya qədər dünyanın ən müxtəlif ölkələrinin gimnastlarının heyrətamiz ustalığını görmək xoş anları ilə yanaşı hakimlərin qeyri-obyektiv qiymətləndirmələri ilə xoşagəlməz anlarla yadda qalıb.

Bunun üçün "Qran-pri"nin 10 gürzlə qrup yarışlarını misal kimi nəzərdən keçirmək kifayətdir, xatırladaq ki, rusiyalılar birinci yeri, bolqarlar ikinci, azərbaycanlılar isə üçüncü yeri tutublar.

Turnirin bayram əhval-ruhiyyəsini pozan Azərbaycan yığmasının ilk qiymətləndirilməsi olub.

Azərbaycan komandası bədii gimnastikanın bu mürəkkəb növündə tam məharətini göstərərək və heç bir səhvə yol verməyərək, aşağı ballar alıb.

Lakin hakimlər digər komandaların hamısına belə kəskinliklə yanaşsaydı yarışların sonunda ədalətsizlik belə hiss olmazdı, bununla yanaşı, necə deyərlər, "evdə divarlar da kömək edir" Rusiya gimnastları müəyyən qədər səhvlər buraxmalarına və orta səviyyədə çıxışlarına baxmayaraq birinci yeri tutublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm