Yunanıstanın ən güclüsü “Olimpiakos” oldu
Bizi izləyin

İdman

Yunanıstanın ən güclüsü “Olimpiakos” oldu

Yunanıstanda da çempionluq intriqası başa çatıb.

Publika.az xəbər verir ki, finişə 3 tur qalmış ən yaxın izləyicisi PAOK-u 13 xal qabaqlayan “Olimpiakos” Superliqanın qalibi olub.

Pireylilər son 11 ildə 10-cu çempionluğunu bayram edib.

31-ci turda baş tutan “Olimpiakos” – “Levadiakos” matçında meydan sahibləri asan qələbə qazanıb (4:0). Ən yaxın rəqib “Panatinaikos” isə səfərdə “Pantrakikos”a məğlub olaraq (1:2) çempionluq üçün nəzəri şanslarını da itirib. Afinalılar hətta ikinci pilləni də PAOK-a təhvil verməli olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm