“Borussiya”nın yeni baş məşqçisinin adı məlum oldu
Bizi izləyin

İdman

“Borussiya”nın yeni baş məşqçisinin adı məlum oldu

Ötən həftə Dortmund “Borussiya”sından gələn istefa xəbəri bütün Avropa mətbuatının gündəmini zəbt etdi. Yürgen Klopp mövsümün sonunda komandadan ayrılacağını açıqladı.

Publika.az xəbər verir ki, artıq onun xələfinin kimliyi də müəyyənləşib. Əvvəldən də namizədliyi müzakirə olunan Tomas Tuxel “Borussiya”yla üçillik müqavilə imzalayıb.

“Maynts”ın sabiq çalışdırıcısı iyulun 1-dən etibarən yeni iş yerində fəaliyyətə başlayacaq.

Tuxel 2009-2014-cü illərdə “Maynts”ı çalışdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm