"Bakı 2015" məşəlinin marşrutu açıqlandı - YENİLƏNİB
Bizi izləyin

İdman

"Bakı 2015" məşəlinin marşrutu açıqlandı - YENİLƏNİB

"Bakı 2015" I Avropa Oyunları Məşəlinin yandırılacağı yer və dolaşacağı məkanlar açıqlanıb.

Publika.az Report-a istinadən xəbər verir ki, məşəl aprelin 26-da Bakının Suraxanı qəsəbəsindəki Atəşgah Məbədində yandırıldıqdan sonra bütün ölkə boyunca dolaşacaq.

Məşəl Bakıdan Naxçıvana, oradan cənub zonasına, daha sonra Mərkəzi Aran, Qarabağ, Qərb, Şimal Qərb, Abşeron və Şimal zonalarına aparıldıqdan sonra iyunun 7-də Bakıya qaytarılacaq. Məşəl paytaxtda bir neçə məkanda nümayiş etdirildikdən sonra iyunun 12-də Açılış Mərasiminin təşkil olunacağı Bakı Olimpiya stadionuna daxil olacaq.

Tədbirdə çixiş edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib:

"Avropa Oyunlarının başlanmasına 2 aydan az vaxt qalıb. Hər bir Azərbaycan vətəndaşı bu yarışların ölkəmizdə keçirilməsindən fəxr edə bilər. 26 aprel tarixi Avropa Oyunları həyəcanının başlanğıc günü olacaq. Məşəlin alovlanması Atəşgah Məbədində başlanacaq və 48 gün ərzində bütün bölgələri gəzəcək. Məşəlin Atəşgahda alovlanması təsadüfi deyil. Bura ideal bir məkandır. SOCAR-ın dəsti ilə 60 rayona səyahət zamanı təxminən 5500 km məsafə dəf ediləcək".

Çıxışı zamanı A.Rəhimov məşəlin dizaynından da danışıb: Məşəl YARAT-la birgə Sebastian Bergne tərəfindən dizayn edilib. 66 sm hündürlüyü olan məşəl "Bakı 2015" ruhuna uyğundur. Onun gövdəsi nar ağacını xatırladır. Başlıqda 50 xüsusi element yer alıb ki, bu da iştirakçıları əks etdirir. Estafetdə 1000 nəfərdən çox məşəlçi, 130-dan artıq maşın olacaq. Alov festivalı nəzərdə tutulub. Bu, Naxçıvan, Cəlilabad, Horadiz, Bərdə, Mingəçevir, Şəki, Şamaxı, Quba və Qobustanda təşkil ediləcək. Məşəl iyulun 7-də Bakıya qayıdacaq. Bu estafetin əsas məqsədi Azərbaycanın tarix və mədəniyyətini dünyaya çatdırmaqdır. Məşəl Qarabağ atlarının müşayiəti ilə də yol qət edəcək. O, metro və təyyarə ilə də bölgələrə aparılacaq və insanların qəlbini isidəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm