Gimnastlarımızın ilk final həyəcanı
Bizi izləyin

İdman

Gimnastlarımızın ilk final həyəcanı

Fransanın Monpelye şəhərində yekunlaşan kişi və qadın idman gimnastikası üzrə Avropa Çempionatında Azərbaycan gimnastları uğurla çıxış ediblər.

Publika.az xəbər verir ki, ilk dəfə olaraq gimnastlarımız qitə birinciliyində finallarda çıxış ediblər.

Çoxnövçülükdə finala qədər yüksələn Oleq Stepko və Petro Paxnyuk, həmçinin parallel qollarda finalda çıxış etmək hüququ əldə etdilər.

Qeyd etməyə dəyər ki, Oleq çoxnövçülük üzrə təsnifat mərhələsində rəqiblərinin çoxunu geridə qoyaraq ikinci olub.

Bundan əlavə, Stepko dəstəli at üzərində hərəkətlərdə finala çıxaraq, 6-cı yerdə qərarlaşıb. Parallel qollarda hərəkətlərə görə isə Oleq 4-cü olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm