9 azarkeş güllələndi - FOTO
Bizi izləyin

İdman

9 azarkeş güllələndi - FOTO

Braziliyanın "Korintians" klubunun 9 azarkeşi qətlə yetirilib.

ANS PRESS-in məlumatına görə, iki nəfər "Pavilhao Nove" adlı azarkeş qrupunun ofisinə basqın edərək azarkeşləri başından güllələyib.

Hadisə baş verən zaman azarkeşlər komandanın durumunu müzakirə edirmiş. Bu zaman içəri girən iki nəfər naməlum şəхs onlardan əllərini başlarına qoyaraq yerə yatmağı tələb edib. Daha sonra isə onlar fanatları başından gülələyərək qətlə yetiriblər.

Cinayətkarlar hadisə yerindən qaçıb. Polis bölgədə genişmiqyaslı əməliyyatlara başlayıb.










Oxumağa davam et
Reklam
Reklam

Gündəm