Bakı 2015: Serbiya prezidenti açılış mərasimində iştirak edəcək
Bizi izləyin

İdman

Bakı 2015: Serbiya prezidenti açılış mərasimində iştirak edəcək

Serbiya prezidenti Tomislav Nikoliç "Bakı-2015" I Avropa Oyunlarının açılış mərasimində iştirak etməyi planlaşdırır. Trend bu barədə diplomatik mənbəyə istinadən xəbər verir.

Avropa Oyunlarının təntənəli açılış mərasimi iyunun 12-də baş tutacaq.

Mənbənin sözlərinə görə, Bakıya səfəri çərçivəsində T.Nikoliçin Azərbaycanın rəsmi şəxsləri ilə görüşləri gözlənilir.

Serbiya prezidentinin Azərbaycana bundan əvvəlki səfəri 2013-cü ildə baş tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm