Ulu Öndərin şərəfinə karate turniri
Bizi izləyin

İdman

Ulu Öndərin şərəfinə karate turniri

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının və “Start” İdman-Sağlamlıq Kompleksinin birgə təşkilatçılığı ilə müxtəlif yaş qruplarından olan uşaqlar arasında karate turniri keçirilib.

Publika.az xəbər verir ki, 60-dan çox iştirakçının qatıldığı turnirin açılışında çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, “Start” ərazi ilk partiya təşkilatının sədri Kamal Mehdiyev, Azərbaycan Milli Karate Federasiyasının nümayəndələri ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıblar.

Sonra turnirə start verilib. Birincilikdə idmançılar 4 komandanın tərkibində Olimpiya sistemi üzrə güclərini sınayıblar.

Yarışın sonunda yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdirən idmançılara diplom, medal və hədiyyələr təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm