Bakı 2015: Xorvatlardan Avropa Oyunlarına töhfə
Bizi izləyin

İdman

Bakı 2015: Xorvatlardan Avropa Oyunlarına töhfə

“Bakı-2015”lə bağlı yeni layihə keçiriləcək. Belə ki, layihə Xorvatiyada velosiped idmanının təqdimatı və turistlərin cəlb olunması işi ilə məşğul olan “Pedalinac” velosiped klubu tərəfindən reallaşdırılacaq.

Publika.az xəbər verir ki, “Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə” adlanan layihəyə əsasən 7 velosipedçi mayın 5-də Xorvatiyanın Dubrovnik şəhərindən yola çıxaraq, 4000 km-ə qədər məsafəni qət etdikdən sonra I Avropa Oyunlarının açılış mərasimində iştirak etməlidir. Təxminən 35-40 gün davam etməsi nəzərdə tutulan yürüş Xorvatiya – Monteneqro – Albaniya – Makedoniya – Yunanıstan – Bolqarıstan – Türkiyə – Gürcüstan – Azərbaycan marşrutu ilə həyata keçiriləcək.

Qeyd edək ki, “Pedalinac” klubu 2007-ci ildə fəaliyyətə başlayıb. 2008-ci il Pekin Olimpiadası zamanı Zaqreb - Pekin marşrutu üzrə 12 min km-lik məsafədə 4 aylıq veloyürüş təşkil edib. Klub 2012-ci London və 2014-cü il Soçi olimpiadalarından əvvəl də həmin veloyürüşü ənənə halına salıb, davam etdiriblər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm