Münhendə nüfuz savaşı, “Nou Kamp”da açıq futbol olacaq
Bizi izləyin

İdman

Münhendə nüfuz savaşı, “Nou Kamp”da açıq futbol olacaq

Bu gün və sabah keçiriləcək 4 oyunla Çempionlar Liqasında 2014/15 mövsümünün yarımfinalçılarının adına aydınlıq gələcək. İlk oyun günündə “Barselona” PSJ-ni, “Bavariya” “Portu”nu qəbul edəcək. İlk oyunda pireneylilər inamlı qələbə (hər ikisi 3:1) qazanmışdı. Cavab matçında fransızların şansı yüksək qiymətləndirilməsə də, Almaniya çempionunun iki top fərqini qapayacağını düşünənlər çoxluq təşkil edir. Münhendəki qarşılaşmanın daha maraqlı olacağını indidən söyləyə bilərik. Sabah isə “Yuventus” “Monako”nun, “Atletiko” isə “Real”ın qonağı olacaq.

Publika.az cavab oyunları ərəfəsində bu günki iki oyuna toxunacaq.

Qəzəbli "Bavariya" "Əjdahalar"ı parçalamağa hazırdır

İlk oyunda səfərdə "Portu"ya 1:3 hesabıyla məğlub olan "Bavariya" Münhendə bunun əvəzini çıxmağa çalışacaq. Portudakı məğlubiyyət almanların düşərgəsində ajiotaj yaratdı. Belə ki, portuqaliyalılar önünə zədədən əziyyət çəkən bir neçə əsas heyət oyunçusu olmadan çıxan münhenlilər bunun günahını klubun həkimlərində gördülər. Vəziyyət o həddə çatdı ki, 1977-ci ildən Münhen klubunda çalışan həkimlər bu tənqidlərdən sonra istefa verməyə məcbur oldular. Amma cavab oyununda “Əjdahalar”ın işi çətin olacaq. Belə ki, Danilo və Aleks Sandro kimi əsas heyət oyunçuları cəzalı durumdadır.

Çempionlar Liqası, 1/4 final, cavab oyunu

23:45 Barselona (İspaniya) – PSJ (Fransa) (ilk oyun - 3:1)

Stadion: "Nou Kamp".

Baş hakim: Sveyn Moen (Norveç).

TV: Az.TV, NTV+futbol 1.

Cəzalı: Orye (PSJ).

Zədəli: Vermalen – Motta, Tyaqo Silva.

Təsəlli döyüşü

Günün digər oyununda "Barselona" PSJ-ni qəbul edəcək. İlk oyundakı 3:1 hesablı qələbə nə qədər rahatlıq versə də, kataloniyalılar ciddiyəti itirmir. Həm futbolçular, həm baş məşqçi açıqlamalarında ehtiyatlı danışır, rəqibə hörmətlə yanaşır. Paris klubunun çalışdırıcısı Loran Blanın açıqlamaları da oyunun son dəqiqəsinə kimi meydanda gərgin mübarizə vəd edir. Belə ki, fransız çalışdırıcı oyundan öncə təşkil olunan mətbuat konfransında itiriləcək bir şeyin qalmadığını deyib. Blanın sözlərinə inansaq, bu gün bizi "Nou Kamp"da açıq futbol gözləyir.

Çempionlar Liqası, 1/4 final, cavab oyunu

23:45 Bavariya (Almaniya) – Portu (Portuqaliya) (ilk oyun - 1:3)

Stadion: "Alyans Arena".

Baş hakim: Martin Atkinson (İngiltərə).

TV: İdman Azərbaycan, NTV+futbol 2, NTV (Türkiyə).

Cəzalı: Aleks Sandro, Danilo (hər ikisi "Portu").

Zədəli: Alaba, Benatiya, Robben, Xavi Martines, Ştarke, Bernat (şübhəli), Riberi (şübhəli), Şvaynştayger (şübhəli) - Teylo (şübhəli).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm