“Məhəmməd Əlidən daha güclüyəm” - İDDİA
Bizi izləyin

İdman

“Məhəmməd Əlidən daha güclüyəm” - İDDİA

Orta ağır çəkidə boks üzrə dünya çempionu Floyd Meyvezer 8 dəfə müxtəlif çəkilərdə dünya çempionu olmuş Menni Pakyao ilə keçirəcəyi ən bahalı döyüşdən öncə verdiyi açıqlaması ilə diqqətləri üzərinə çəkib.

Publika.az xəbər verir ki, “Forbes”in də ən zəngin idmançıları siyahısına düşmüş Meyvezer əfsanəvi boksçu Məhəmməd Əlidən daha yaxşı olduğunu iddia edib:

“Heç kim Məhəmməd Əli və Suqar Rey Robinsonun məndən daha yaxşı olduğuyla bağlı fikirlərlə mənə təsir etməyə çalışmasın. Onlar üçün edə biləcəyim tək şey uğurları qarşısında baş əyməkdir. Həmçinin olduğum nöqtəyə çatmaqda onlardan çox şeylər öyrənmişəm”.

Xatırladaq ki, sinir sistemi xəstəliyi -"Parkinson"la mübarizə aparan 73 yaşlı Əli mətbuata açıqlamasında tarixin ən yüksək mükafatlı döyüşündə filippinli boksçu Pakyaonu dəstəkləyəcəyini söyləmişdi.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm