Rusiyada döyüşçülərimizin erkən zəfəri - FOTO
Bizi izləyin

İdman

Rusiyada döyüşçülərimizin erkən zəfəri - FOTO

Moskvada MMA üzrə “OPLOT - Challenge 109” beynəlxalq turniri baş tutub.

Publika.az xəbər verir ki, turnirdə ölkəmizi "Baku Fighters" klubunun döyüşçüləri təmsil edib.

Dünya və Avropa çempionu Zaur Hacıbabayev rus idmançı Amal Çeçuxovla üzləşib və ona qalib gəlib. Görüş vaxtından əvvəl başa çatıb və hakimlər Azərbaycan idmançısını qalib elan edib.

Avropa çempionatının finalçısı Taleh Nəcəfzadə isə digər rus idmançı Minkail Kerimovla görüşüb. İdmançımız qarşısında tab gətirə bilməyən rəqib ilk raunddan sonra görüşü davam etdirmək istəməyib. Bununla da Taleh Nəcəfzadə qələbə qazanıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm