İdman
"Real" və "Yuventus" yarımfinalda
Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına
yekun vurulub.
Öz meydanında “Monako”ya 1:0 hesabı ilə qalib gələn “Yuventus” bu
dəfə rəqibi ilə Fransada görüşüb. İlk oyunda minimal hesablı qələbə
qeydə alındığından bugünkü qarşılaşmada komandaların şanslarını
bərabər qiymətləndirmək olardı. Lakin lazım olan qolu vura bilməyən
"Monako" turnirdə mübarizəni dayandırıb.
Digər cütün taleyinə Madrid derbisində aydınlıq gəlib. Burada
“Real” “Atletiko”nu qəbul edib. Komandaların ilk görüşündə qapılara
qol vurulmayıb. Ötən mövsümün finalında son dəqiqələrdə buraxdığı
qollla çempionluğunu əldən verən "Atletiko" bu dəfə də rəqibi ilə
bacarmayıb. Oyuna ciddi itkilərlə çıxan "kral klubu" rəqibini 1:0
hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Çempionlar Liqası
2014/15 mövsümü
1/4 final (cavab oyunları)
22 aprel
23.45 Real (İspaniya) - Atletiko (İspaniya) 1:0
Qol: Xavyer Hernandes, 88.
"Santiaqo Bernabeu" stadionu.
23.45 Monako (Fransa) - Yuventus (İtaliya) 0:0
Monako. "Stade Louis II".
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR