• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Güləşçilərimiz Avropa Oyunları öncəsi daha bir sınaq qarşısında

  • İdman
  • 23 Aprel 2015 14:00
  • 300 Baxış
Güləşçilərimiz Avropa Oyunları öncəsi daha bir sınaq qarşısında

Aprelin 24-26-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçiriləcək.

Publika.az xəbər verir ki, 53-cü dəfə keçiriləcək turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kişilər və sərbəst güləş üzrə qadınlar mübarizə aparacaq.

Bu dəfəki turnirdə ölkəmizi qadın güləşçilərdən ibarət yığma komandanın üzvləri təmsil edəcək. Aprelin 6-dan etibarən Bolqarıstanın Belmeken şəhərində təlim-məşq toplanışında olan yığmamız baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında turnirdə iştirak edəcək. Heyətdə Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Elis Monolova, Raqnetta Qurbanzadə (hər ikisi 63 kq), Nadya Muşka (69 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 75 kq) yer alıb.

Turnirin proqramına əsasən, aprelin 24-də 55, 60 və 69 kq, 25-də 48, 58 və 75 kq çəkidə qadın güləşçilər mübarizə aparacaq. 53 və 63 kq çəkidə qadın güləşçilər isə turnirin son günündə yarışacaqlar.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR