Dünya çempionu üzr istədi
Bizi izləyin

İdman

Dünya çempionu üzr istədi

Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" turnirində iştirak edən sabiq dünya çempionu Vladimir Kramnik hakimlərə yaxınlaşaraq üzrxahlıq edib.

Rusiyalı şahmatçı V turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məğlubiyyətdən sonra mətbuat konfransına gəlmədiyinə görə təəssüfləndiyini bildirib.

Kramnik həmin gün 7 saata yaxın mübarizə apardığına görə yorulduğunu söyləyib.

Vladimir Kramnik "Synergy Group"un təşkil etdiyi turnirin son turlarında mətbuat konfransında iştirak edəcəyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm