“Böyük üçbucaq” və debütant
Bizi izləyin

İdman

“Böyük üçbucaq” və debütant

Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Publika.az xəbər verir ki, ilk oyunda Kiyevdə 1:1 bərabərə qalan "Fiorentina" və "Dinamo" (Kiyev) bu dəfə "Artemio Franki"də münasibətlərinə aydınlıq gətiriblər. Birinci matçın son dəqiqələrində bərabərlik qolunu vuran "bənövşəyilər" cavab oyununda 2:0 qalib gələrək yarımfinala vəsiqə qazanıb.

İlk oyunda evdə "Napoli"yə darmadağın olan "Volfsburq" Avropa Liqasında qapını bərk çırpmağa çalışıb. Ancaq almanlara cavab oyununda da qələbə qazanmaq qismət olmayıb. Belə ki, oyunun gedişində iki top fərqiylə geri düşən "Canavarlar" yalnız bərabərliklə kifayətlənib - 2:2.

Son illərdə sözügedən kuboku öz muzeylərinə aparmağı bacaran "Sevilya" və "Zenit" eyni uğuru cari mövsümdə də təkrarlamağa çalışır. İlk oyunda evdə 2:1-lik qələbə qazanan ispanların cüzi üstünlüyü olsa da, səfər qolu və doğma meydan amili piterliləri ümidləndirirdi. Matçın gedişində 2:1 önə keçən ruslar bu üstünüyünü sonadək qoruyub saxlaya bilməyib. Matçın bitiminə 5 dəqiqə qalmış bərabərlik qoluna imza atan "Sevilya" yarımfinala vəsiqəni təmin edib.

Sonuncu yarımfinalçı isə "Dnepr" olub. Çoxlarının gözləmədiyi halda 1/2 finala qədər irəliləməyi bacaran ukraynalılar cari mövsümdə Avropa Liqasında məğlubiyyət üzü görməyən "Brügge"ni minimal hesabla məğlub edərək, belçikalılara cari mövsümdə analoji turnirdə ilk və son məğlubiyyətlərini yaşadıb. “Dnepr” tarixində ilk dəfə avrokuboklarda yarımfinala yüksəlib.

Avropa Liqası, 1/4 final, cavab oyunları

24 aprel

00:05 Fiorentina - Dinamo (Kiyev) 2:0 (ilk oyun 1:1)

Qomes, 43. Varqas, 94.

Qırmızı vərəqə: Lens, 40.

00:05 Napoli - Volfsburq 2:2 (ilk oyun 4:1)

Kalyexon, 50. Mertens, 65 - Kloze, 72. Perişiç, 73.

00:05 Dnepr - Brügge 1:0 (ilk oyun 0:0)

Şakov, 82.

00:05 Zenit - Sevilya 2:2 (ilk oyun 1:2)

Rondon, 48. Hulk, 72 - Bakka, 6-p. Qameyro, 85.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm