Gözlərini itirmiş Azərbaycan əsgəri: “Çanaqqala zəfərimiz mübarək”
Bizi izləyin

İdman

Gözlərini itirmiş Azərbaycan əsgəri: “Çanaqqala zəfərimiz mübarək”

2 qat paralimpiya, 2 qat dünya, 5 qat Avropa çempionu İlham Zəkiyev də “Çanaqqala zəfəri”nə biganə qalmayıb.

Publika.az xəbər verir ki, Zəkiyev “facebook” səhifəsində bununla bağlı status paylaşıb. Əfsanəvi idmançı bu zəfərlə bağlı bütün türk xalqını təbrik edib: “Çanaqqala zəfərimiz” mübarək”.

Xatırladaq ki, əfsanəvi idmançımızın vətən uğrunda böyük fədakarlıqları var. O, vətən uğrunda gözlərini qurban verib.

Zəkiyev 1998-ci il iyulun 1-də həqiqi hərbi xidmətə çağırılıb. 1999-cu il fevral ayının 4-də Fizuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin gülləsinə tuş gəlib.

Güllə onun sol gicgahından girib sağdan çıxıb. 5 gün sonra anasının səsinə komadan oyanan Zəkiyev bundan sonra görmə qabiliyyətini tamamilə itirib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm