• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Qarabağ" "Neftçi"ni məğlub etdi

  • İdman
  • 26 Aprel 2015 03:32
  • 512 Baxış
"Qarabağ" "Neftçi"ni məğlub etdi

Aprelin 25-də Topaz Premyer Liqasında XXXI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tura Lənkəran və Sumqayıtda start verilib.

Son 7 turda qələbələri sıralayan “Qəbələ” bu dəfə səfərdə “Xəzər Lənkəran”ın qonağı olub. Eyni adlı şəhərin klubu bu turda da seriyanı davam etdirərək, yekunda "Neftçi"yə çatıb. Son 3 ev oyununda uduzmayan cənub təmsilçisi iddialı rəqibini də büdrətməkdə aciz qalıb.

“Simurq” səfərdə “Sumqayıt”la üz-üzə gəlib. Avrokubok arzusu hələ tam puç olmayan Zaqatala klubu gözlənilmədən meydanı məğlub tərk edib. Əvəzində 13 oyundu qələbə qazana bilməyən “Sumqayıt” isə bu uğursuzluğa son qoyub.

“İnter” 4 oyundu qələbəyə həsrət qalan AZAL ilə münasibətlərə aydınlıq gətirib. İkinci pillədə möhkəmlənmək üçün “bankirlər” bu oyunda 3 xal əldə etmək əzmində idi. 90 dəqiqənin sonunda "İnter" matçın sevinən tərəfi olub.

Turun mərkəzi qarşılaşması isə əzəli rəqiblər – “Qarabağ” və “Neftçi” arasında keçirilib. Çempionatda iki mövsümdü ağdamlılara qalib gələ bilməyən paytaxt klubu bu dəfə də tilsimi qıra bilməyib. Nəticədə "Qarabağ" çempionluğa bir qədər də yaxınlaşıb.

XXXI tur

25 aprel (şənbə)

“Xəzər Lənkəran” – “Qəbələ” - 0:1

Qol: Cavid Hüseynov, 48

Qırmızı vərəqə: Elvin Mirzəyev, 45+1
Hakimlər: Rəhim Həsənov, Rahil Ramazanov, Nahid Əliyev, Munis Abdullayev
İlk 3 dövrədəki oyunlar: 1:1, 3:0, 1:3
“Xəzər Lənkəran” mərkəzi stadionu

“Xəzər Lənkəran”: 25. Tərlan Qasımzadə, 3. Rasim Ramaldanov (k), 7. Sadio Tounkara, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 17. Kazım Kazımlı, 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 16. İbrahim Qədirzadə, 23. Cavid Bağırov, 32. Zaman Mirzəzadə, 34. Elnur İsmayılov, 99. Mahsun Qəmbərli
Baş məşqçi: Elbrus Məmmədov

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 20. Rikardinyo, 27. Bəxtiyar Soltanov, 34. Ürfan Abbasov, 44. Rafael Santos
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 16. Ruslan Tağızadə, 26. Pavel Farkaş, 32. Mixail Sivakov, 90. Ekiqo Ehiosun
Baş məşqçi: Roman Qriqorçuk

“Sumqayıt” – “Simurq” - 1:0

Qol: Pərdis Fərcad-Azad, 49
Hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə, Azər Əsgərov, Cavanşir Yusifov

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov

İlk 3 dövrədəki oyunlar: 2:3, 2:1, 1:1

“Kapital Bank Arena”

“Sumqayıt”: Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Pərdis Fərcad-Azad, 18. Aleksandr Çertoqanov (k), 22. Tofiq Mikayılov, 45. Murad Ağayev, 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 6. Mikayıl Rəhimov, 8. Budaq Nəsirov, 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 76. Uğur Pamuk, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Aqil Məmmədov

“Simurq”: 35. Amil Ağacanov, 3. Adam Banaş, 4. Xuan Alberto, 6. Samir Zərgərov, 7. Elnur Abdullayev, 11. Draqan Çeran, 13. Əli Gökdəmir, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak, 18. Tural Axundov (k), 26. Benjamin Lambot
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 5. Vadim Abdullayev, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 20. İdan Vaytsman, 22. Cihan Özkara, 88. Marko Stanoyeviç
Baş məşqçi: Georgi Çixradze

“İnter” – AZAL - 2:0

Qollar: Arif Daşdəmirov, 59; 75
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Coşqun Həsənov, Etibar Həsənov

İlk 3 dövrədəki oyunlar: 1:1, 1:0, 1:1

“İnter Arena”

“İnter”: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 23. Vojislav Stankoviç, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 7. Abdulla Abatsiyev, 10. Elvin Məmmədov, 19. Sezar Meza Kolli, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 82. Ruben Şaken
Baş məşqçi: Kaxaber Sxadadze

AZAL: 16. Stanislav Namaşko, 5. Kərim Diniyev, 15. Oskars Klava, 13. Şəhriyar Rəhimov, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 8. Seymur Əsədov, 10. Nicat Qurbanov, 25. Valeri Kutsenko, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 22. Eltun Yaqublu, 4. Laşa Kasradze, 7. Təmkin Xəlilzadə, 9. Aydın Qasımov, 11. Ruslan Nəsirli, 33. Kamal Mirzəyev
Baş məşqçi: Tərlan Əhmədov

“Qarabağ” – “Neftçi” - 3:2

Qollar: Muarem Muarem, 15; Cavid Tağıyev, 29; Leroy Corc, 69 - Araz Abdullayev, 30; Nikolas Kanales, 59

Qırmızı vərəqə: Karlos Kardozo, 75
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Elman Musayev

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev

İlk 3 dövrədəki oyunlar: 3:1, 0:0, 1:0

“Bakcell Arena”

“Qarabağ” : 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 9. Reynaldo,10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Danilo Dias, 17. Vüqar Nadirov, 21. Tural Rzayev, 24. Admir Teli
Baş məşqçi: Qurban Qurbanov

“Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 3. Denis Silva Kruz, 5. Elvin Yunuszadə (k), 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Əziz Quliyev, 18. Kaue da Silva

Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 4. Rahil Məmmədov, 17. Rəhman Hacıyev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev, 90. Ernest Nfor
95. Elvin Bədəlov
Baş məşqçi: Arif Əsədov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR