London derbisi heç-heçə başa çatdı
Bizi izləyin

İdman

London derbisi heç-heçə başa çatdı

İngiltərə premyer liqasında 34-cü turun mərkəzi görüşü Londonda “Arsenal” və “Çelsi” klubları arasında oynanılıb.

Bu qarşılaşmaya qədər Joze Mourinyonun yetirmələri 76 xalla turnir cədvəlində birinci, Arsen Venqerin yetirmələri isə 66 xalla üçüncü yeri tuturdular.

Oyun gözlənilən qədər də maraqlı keçməyib. Görünür, ən yaxın rəqiblərindən 10 xal irəlidə olan “Çelsi”ni rəqib meydanında qazanılan bir xal da qane edirdi. Görüşün sonlarında “Arsenal” təzyiqi bir qədər gücləndirsə də, onun hücumları bir nəticə verməyib. Beləliklə, qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Turun bu gün keçirilən digər qarşılaşmasında “Everton” klubu liderlərdən birinə - “Mancestr Yunayted” komandasına 3:0 hesabı ilə qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm