90-cı dəqiqədə gələn çempionluq - VİDEO
Bizi izləyin

İdman

90-cı dəqiqədə gələn çempionluq - VİDEO

Almaniya Bundesliqasında sona 4 tur qalmış çempionluq mübarizəsi bitib.

Publika.az xəbər verir ki, 30-cu turda “Bavariya”nın ən yaxın izləyicisi “Volfsburq”un məğlub olması münhenliləri ardıcıl 3-cü, ümumilikdə isə 25-ci çempionluğa qovuşdurub.

Münhenqladbax “Borussiya”sının qonağı olan “Canavarlar” son dəqiqələrdə qapısında qol görüb və minimal hesablı məğlubiyyətlə barışıb. Bir gün əvvəl isə “Bavariya” növbəti qələbəsini qazanmışdı. “Herta” üzərində qələbədən sonra aradakı xal fərqi 15-ə yüksəlmişdi. “Volfsburq” bu fərqi azalda bilsəydi, “Bavariya”nın çempionluğu bir tur ləngiyə bilərdi.

Bir sözlə, “Bavariya” Almaniyanın ən titullu klubu adını qoruyur. Onun ən yaxın izləyicisi 9 çempionluğu olan “Nürnberq”dir. Cənublular sonuncu dəfə 1968-ci ildə Bundesliqanın qalibi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm