Yubileylərlə qırılan seriya
Bizi izləyin

İdman

Yubileylərlə qırılan seriya

“Sumqayıt” Azərbaycan çempionatlarında 25-ci qələbəsini qazanıb.

Publika.az xəbər verir ki, yubiley Premyer Liqanın 31-ci turunun “Simurq”la qarşılaşmasına (1:0) təsadüf edib. Zaqatala təmsilçisi ilə oyunlarda ilk dəfə qapısını toxunulmaz saxlayan sumqayıtlılar mövsümdə 5-ci, tarixində 25-ci dəfə 3 xal qazanıb. Bu qələbələrdən 19-u ev, 6-sı səfər matçına təsadüf edib.

“Gənclik şəhəri” təmsilçisi 2011/12 mövsümündə 6, 2012/13 mövsümündə 9, ötən çempionatda isə 6 dəfə qalib gəlmişdi. “Sumqayıt”ın Premyer Liqada keçirdiyi 127 oyunda 25 qələbə ilə yanaşı, 33 heç-heçəsi və 69 məğlubiyyəti var. Bu matçlarda 107 qol vuran komanda 199 top buraxıb.

Qeyd edək ki, sumqayıtlılar çempionatda 25 və daha çox qələbə qazanan 31-ci komandadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm