• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ayaqqabı, nostalji, tatu - Ulduzlardan həftənin FOTOLARI

  • İdman
  • 27 Aprel 2015 12:00
  • 1 055 Baxış
Ayaqqabı, nostalji, tatu - Ulduzlardan həftənin FOTOLARI

Sosial şəbəkələr idman dünyasının ulduzlarının da gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Məşhurlar sosial şəbəkələr vasitəsilə pərəstişkarları ilə əlaqə saxlayır, onların fikirlərini öyrənir, öz düşüncələrini bölüşürlər.

Təbii, ulduzların sosial şəbəkədəki sevimli “oyun”larından biri də şəkillər paylaşmaqdır. Dünya idmanının tanınmış simaları təkcə öz şəkilləri ilə diqqət çəkmirlər. Onlar ən müxtəlif mövzuları özündə əks etdirən şəkillər paylaşırlar. Ötən həftə də istisna olmadı. Dünya ulduzları “instaqram”da müxtəlif mənalar kəsb edən şəkillər paylaşdılar.

Publika.az ötən həftə idman ulduzlarının paylaşdığı ən maraqlı fotoları təqdim edir:

1. Edqar Davids - Hollandiya futbolunun əfsanəsi ona doğma olan “Barnet”in Liqa 2-yə qayıtmasını əks etdirən foto paylaşıb. Üçüncü divizionda belə ajiotajın olması hər kəsi təəccübləndirir. Xüsusən də, azərbaycanlı futbolsevərləri. Bizim stadionlar heç vaxt belə ajotaja səhnə olmur axı.

2. Kriştiano Ronaldo - “Real”ın ulduzu özünün yeni ayaqqabılarını paylaşıb. Maraqlıdır, görəsən, Ronaldo bu ayaqqabıları nə vaxtsa geyinməli olacaq?

3. Mişel Platini - “Yuventus”un 12 illik fasilədən sonra Çempionlar Liqasının yarımfinalına adlaması UEFA prezidentini də nostalji hisslərə qapılmağa vadar edib. Platini gəncilk fotosunu paylaşmaqla nəyə işarə edib?

4. Pyer-Emerik Obameyanq - Dortmund “Borussiya”sının futbolçusu Ronaldo və Zidanla çəkdirdiyi şəkilləri paylaşıb. Yəqin ki, bununla “onlar mənim pərəstişkarlarımdı” demək istəyib...

5. Xuan Mata - “Yunayted”in futbolçusu Mançesterdəki “şeytan çarxı”nın şəklini paylaşmaqla nəyə işarə edib? Bəlkə “qırmızı şeytan” olmasına?

6. Didye Droqba - “Çelsi”nin futbolçusu həmklubu Eden Hazarda verilən “mövsümün ən yaxşı futbolçusu” mükafatının təqdimat mərasimindən çəkilmiş şəkli paylaşıb. Yəqin ki, “vaxilə bu mükafatı mən alırdım” demək istəyib.

7. Anastasiya Yankova - Rusiyalı boksçu və model yazın gəlişinin gecikməsinə təəssüflənir. Yəqin ki, atıq çəkisinin olmadığını və yeni tatusunu nümayiş etdirmək üçün tələsir...

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR