• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Avropa çempionatı üçün millinin heyəti açıqlandı

  • İdman
  • 27 Aprel 2015 15:06
  • 254 Baxış
Avropa çempionatı üçün millinin heyəti açıqlandı

Azərbaycanın kayak və kanoe üzrə milli komandasının mayın 1-də Çexiyanın Raçitse şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Publika.az xəbər verir ki, üç gün davam edəcək yarışda 6 idmançı çıxış edəcək.

Kanoeçilərin mübarizəsində 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) yalnız 200 metr məsafəyə yürüşlərə qatılacaq. Əvəzində Anatoli Melnik elə 1 nəfərlik qayıqla (C-1) 500 metr və 1000 metr məsafələrə yürüş edəcək. Aleksey Kupinlə Avropa çempionu Sergey Bezqlıydan ibarət duet isə 2 nəfərlik qayıqla (C-2) 500 metr və 1000 metr məsafələrə yürüşlərdə yer alacaq.

Kayakçılara gəldikdə, əsas diqqətlər olimpiya çempionu İnna Osipenko-Radomskayanın Azərbaycan yığmasının heyətində ilk böyük yarışdakı çıxışlarına yönələcək. 33 yaşlı idmançı qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr, 500 metr və 5000 metr məsafələrə yürüşlərə qatılacaq. İstedadlı kayakçı Mirnazim Cavadov isə kişilərin yarışında 1 nəfərlik qayıqla (K-1) 200 metr, 500 metr və 1000 metr məsafələrə yürüş edəcək.

Kayak və kanoeçilər baş məşqçi Aleksandr Kolıbelnikov, eləcə də Anatoli Dudnik və Dmitri Radomskinin rəhbərliyi altında mübarizə aparacaqlar. Yığmanın tərkibi 3-5 apreldə Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilmiş Beynəlxalq Prezident Kuboku reqatasının yekunlarına əsasən müəyyənləşdirilib. Həmin reqatanın ardından milli komanda elə Mingəçevirdə təlim-məşq toplanışı keçib. Aprelin 28-də səfərə çıxacaq nümayəndə heyətinə Azərbaycan Milli Avarçəkmə Federasiyasının icraçı direktoru Rövşən Kərimov rəhbərlik edəcək.

Qeyd edək ki, Çexiyadakı qitə çempionatı "Bakı 2015" I Avropa Oyunları öncəsi ilk ciddi sınaq olacaq. Oyunlar zamanı kayak və kanoe yarışları 14-16 iyunda keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR