Prosinecki: “Neftçi”də milliyə namizəd futbolçu yoxdur”
Bizi izləyin

İdman

Prosinecki: “Neftçi”də milliyə namizəd futbolçu yoxdur”

AÇ-2016-nın seçmə mərhələsində millimiz son oyununu Maltaya qarşı keçirmiş və 2:0 hesablı qələbə qazanmışdı. Bu həm də Robert Prosineçkinin millimizin baş məşqçi postunda ilk rəsmi oyunu və qələbəsi idi. Həmin qarşılaşmada milliyə “Neftçi”dən futbolçu dəvət olunmaması heç də birmənalı qarşılanmamışdı.

Publika.az xəbər verir ki, bu gün Report-a müsahibə verən xorvatiyalı baş məşqçi bu məsələyə də münasibət bildirib. Millimizin çalışdırıcısı “Hazırkı "Neftçi"nin futbolçuları milliyə dəvət alacaq” sualına sualla cavab verib: “Siz "Neftçi"dən hazırda kimisə milliyə layiq görürsünüz?”

Növbəti cavab isə xorvat mütəxəssisin “Neftçi” ilə bağlı fikirlərini ortaya çıxarıb:

“Mənim fikrimi bilmək istəyirsinizsə, futbolçuların sərgilədikləri oyuna əsasən, hazırda "Neftçi"də milliyə namizəd futbolçu yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm