Erməniyə “Yaşasın Azərbaycan” oxutdular - VİDEO
Bizi izləyin

İdman

Erməniyə “Yaşasın Azərbaycan” oxutdular - VİDEO

İran çempionatının 29-cu turunda səfərdə “Peykan”ı 2:0 hesabıyla məğlub edən Təbrizin “Traktorsazi” klubu çempionluğa çox yaxındır. Sona 3 tur qalmış Traktorsazi” Ən yaxın izləyicisi “Naft Tehran”ı 2 xal qabaqlayır.

Publika.az xəbər verir ki, təbrizlilərin ikinci qoluna imza atan “Qırmızılar”ın braziliyalı hücumçusu Eder Lusiano həmişəki kimi futbolkasının altındakı “Yaşasın Azərbaycan” şüarını nümayiş etdirib. Bu zaman onu təbrik etməyə gələn “Traktorsazi”nin erməni futbolçusu Andranik Teymuryan da bu şüarla üzləşməyə məcbur olub.

Çempionluq mübarizəsinin son tura qədər davam edəcəyi gözlənilir. Son turda “Traktorsazi” 2-ci pillədə qərarlaşan “Naft Tehran”la qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm