Kamran Ağayevin barmağı sınıb
Bizi izləyin

İdman

Kamran Ağayevin barmağı sınıb

PTT 1-ci liqanın 29-cu turu çərçivəsində "Osmanlıspor"un qonağı olan "Kayserispor"un heyətində oyunun startı ərəfəsində dəyişiklik edildi. Belə ki, oyundan əvvəl isinmə hərəkətləri edərkən zədə alan Kamran Ağayev son anda heyətdən kənarlaşdırıldı.

Publika.az xəbər verir ki, "Kayserispor"un rəsmi "Facebook" səhifəsi millimizin qapıçısının vəziyyətini açıqlayaraq onun sol əlinin 4 və 5-ci barmağından zədələndiyini, son durumu haqda məlumat rentgen müayinəsindən keçdikdən sonra veriləcəyini elan etmişdi.

Aut.az-ın əldə etdiyi məlumata görə, artıq Kamranın durumuna aydınlıq gəlib. Məlum olub ki, millimizin qapıçısının bir barmağı qırılıb, biri isə çıхıb. Qolkiperin nə vaхt sağalacağı məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm