7 cangüdən və 3 pulemyotla gəzən klub prezidenti kimdir?
Bizi izləyin

İdman

7 cangüdən və 3 pulemyotla gəzən klub prezidenti kimdir?

Moskva "Spartak"ının yarımmüdafiəçisi Xose Manuel Xurado klubun sahibi Leonid Fedun barədə maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, ispan futbolçu Fedunun çoxlu sayda cangüdənlərlə və pulemyotla gəzdiyini bildirib:

"Fedun komanda ilə ildə iki-üç dəfə görüşür. O görüşlərdə müəyyən məsələlər müzakirə edilir. Hər dəfə onu görəndə heyrətlənirəm. Ətrafında yeddi cangüdən olur. Özüylə üç əl pulemyotu gəzdirir.

O, bizi ya bazaya, ya da stadionun konfrans zalına toplayır. Fedun Rusiyada yaxşı reputasiyaya malikdi. Onun haqqında pis heç nə eşitməmişəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm