Əfsanəvi idmançımızın doğum günüdür
Bizi izləyin

İdman

Əfsanəvi idmançımızın doğum günüdür

Əfsanəvi idmançımızın doğum günüdür

Bu gün 2 qat paralimpiya, 2 qat Dünya, 5 qat Avropa Çempionu cüdo üzrə əməkdar idman ustası İlham Zəkiyevin 34-cü doğum günüdür.

Publika.Az-a danışan Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidovkomitə adından İlham Zəkiyevi təbrik etdi və onun bütün Azərbaycan üçün necə vacib bir idmançı olduğunu vurğuladı:

“İlham Zəkiyev tək bizim yox bütün Azərbaycanın İlhamıdır. Azərbaycanda iki nəfər iki qat paralimpiyaçı adına sahibdir. Onlardan biri də İlham Zəkiyevdir.

Bilirsiniz ki, Zəkiyev Heydər Əliyev Fondunun təsis etdiyi Beynəlxalq "Qızıl Çinar" mükafatı laureatıdırr, həm də, “Şöhrət” ordeni ilə təltif olunub.

Həmçinin, o, bizim komandamızın kapitanıdır. İlham bizim üçün çox doğma və şirin biridir. Ona işlərində, karyerasında, ailəsində uğurlar arzu edirik”.

Qeyd edək ki, İlham Zəkiyev təlim məşqlərini ara vermir və sentyabr ayında keçiriləcək Dünya çempionatına hazırlaşır.

Xatırladaq ki, idmançımız 1999-cu il fevral ayının 4-də Fizuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin gülləsinə tuş gəlib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm