“Real”dan ilin əvəzləməsi – Beylin yerinə Hazard?
Bizi izləyin

İdman

“Real”dan ilin əvəzləməsi – Beylin yerinə Hazard?

“Real” mövsümün sonunda ilin dəyişikliyini reallaşdırmağa hazırlaşır.

Publika.az xəbər verir ki, madridlilər “Çelsi”nin ulduzu Eden Hazardı transfer etmək üçün Qaret Beyli qurban verməyə hazırdır.

Cari mövsümdə sərgilədiyi əla futbolla Premyer Liqada ilin futbolçusu seçilən belçikalı yarımmüdafiəçi hazırda “yağlı tikə” sayılır. Beylin oyunundan razı qalmayan “Kral klubu” onu məhz Hazardla dəyişdirmək variantına müsbət yanaşır.

Ancaq Edeni “Çelsi”dən almaq heç də asan olmayacaq. Bir neçə gün əvvəl “Zadəganlar”ın baş məşqçisi Joze Mourinyo yetirməsinin bir ayağına 100 milyon funt sterlinq qiymət qoymuşdu.

Hazard “Çelsi”yə 2012-ci ildə “Lill”dən 32 milyona transfer edilib. Cari mövsümdə 33 oyuna çıxan belçikalı futbolçu 13 qol və 8 məhsuldar ötürməylə yadda qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm