"Bavariya" tarixində ən rüsvayçı penalti seriyası - VİDEO
Bizi izləyin

İdman

"Bavariya" tarixində ən rüsvayçı penalti seriyası - VİDEO

Almaniya kubokunda ilk yarımfinal oyunu keçirilib.

Publika.az xəbər verir ki, ilk yarımfinal oyununda "Bavariya" Dortmund "Borussiya"sıyla qarşılaşıb.

Bundesliqada çempionluğunu elan edən "Bavariya" kubokda mübarizəni dayandırıb. Amma necə? Mövsümün sonunda "Sarı-qaralar"ı tərk edəcək Yürgen Klopp Dortmunda titulla vida etmək istəyir və buna çox yaxımdır. Münhendə keçirilən qarşılaşmada meydan sahibləri Levandovskiylə önə keçsələr də, Obameyanqın qolu hesaba tarazlıq gətirib. Dortmundlular matçın 108-ci dəqiqəsində Kamplın qırmızı vərəqə görməsiylə azlıqda qalsa da, oyunu penaltilərə qədər uzada biliblər. Burada isə azarkeşlər əsl şou izləyiblər. Yox, qalibi müəyyənləşdirmək üçün 10-15 penaltiyə ehtiyac olmayıb. Məsələ burasındadır ki, "Bavariya"lı futbolçular 4 dəfə “ağ nöqtə”yə yaxınlaşsa da, fərqlənə bilməyib. 2:0 hesabıyla qalib gələn Kloppun yetirmələri finala vəsiqə qazanıblar.

Yarımfinal mərhələsinin digər cütündə 3-cü liqa təmsilçisi "Arminiya" "Volfsburq"u qəbul edəcək. Almaniya kubokunun yarımfinal mərhələsi bir oyundan ibarətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm