ŞOK: Azarkeş sevincindən hər iki ayağını sındırdı
Bizi izləyin

İdman

ŞOK: Azarkeş sevincindən hər iki ayağını sındırdı

Almaniyada azarkeş futbol meydanında hər iki ayağını sındırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, azarkeşlərdən biri sevimli “Leypsiq” futbol komandasının hücumçusu olan Daniel Franın meydana çıxdığını görəndə tribunadan yıxılıb.

Belə ki, “Leypsiq” və “Darmştadt” oyununun 78-ci dəqiqəsində meydana Daniel Fran çıxıb. Azarkeş onu görməyinə o qədər sevinib ki, hətta 3 metrlik hündürlükdən yıxılaraq hər iki ayağını sındırıb.

Azarkeş matçı sonadək izləmədən dərhal xəstəxanaya aparılıb. Yekunda “Leypsiq” komandası 2:1 hesabı ilə qələbə qazanıb. Komanda hər iki qolu azarkeşin hadisə yerindən uzaqlaşdırılmasından sonra vurub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm