“Spartak”da erməni-türk qarşıdurması – Cəzalanacaq
Bizi izləyin

İdman

“Spartak”da erməni-türk qarşıdurması – Cəzalanacaq

Ermənilər elə bil kaktus üstündə oturublar. Dinc dayana bilmirlər. Hər dəfə absurd fikirlərlə özlərini göstərməyə çalışırlar. İndi də futbolda aranı qarışdırmağa cəhd göstəriblər.

Publika.az xəbər verir ki, budəfəki səbəbkar “Spartak”ın və Ermənistan millisinin yarımmüdafiəçisi Aras Özbilizdir. Əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu bunun günahını türkiyəəsilli baş məşqçi Murat Yakında görüb:

“Hərdən öz-özümə sual verirəm ki, bəlkə, bu vəziyyətə düşməyimin səbəbi erməni olmağımdır? Axı baş məşqçim türkdür. Başqa səbəb görmürəm”.

Qalmaqallı müsahibədə Özbilis iddia edib ki, Yakın məhz “ermənilərin soyqırımı”nın 100 illik “yubiley”ində ona əvəzedici heyətə göndərildiyini xəbər verib.

Bu müsahibədən sonra futbolçunun işlətdiyi ifadələrə görə klub tərəfindən cəzalandırılacağı deyilib.

Qeyd edək ki, kökü Türkiyəylə bağlı olan Murat Yakın İsveçrə vətəndaşıdır və 2014-cü ilin yayından “Spartak”ı çalışdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm