Ulduz futbolçudan “mavi” yoldaşına dəstək-FOTO
Bizi izləyin

İdman

Ulduz futbolçudan “mavi” yoldaşına dəstək-FOTO

Ulduz futbolçudan “mavi” yoldaşına dəstək-FOTO

“Los-Ancels Qalaksi” klubunun lideri Lendon Donovan, öz qeyri-ənənəvi seksual oriyentasiyasını elan etmiş komanda yoldaşı Robbi Rocersi özünəməxsus şəkildə müdafiə edib.

“Los-Ancels Qalaksi” klubunun oyunçusu Robbi Rocers keçən il öz qeyri-ənənəvi seksual oriyentasiyasını elan etmiş ilk peşəkar amerikalı idmançıdır. Lendon Donovan isə həmkarını dərhal dəstəkləyib.

Ötən həftə Donovan soyunma otağında komanda yoldaşlarını şənbə matçından sonra keçiriləcək axşam əyləncəsinə dəvət edən məktub qoyub. Məktubda mütləq Rocersin də gəlməli olduğunu qeyd edib.

Donovan məktubunda yazıb: “Şənbə oyunundan sonra bizdə axşam əyləncəsi olacaq. Hamının gəlməyi mütləqdir. Yalnız oyunçular (arvadlarsız, rəfiqələrsiz, oğlan sevgililərsiz gəlin)”. Rocers “Twitter” səhifəsində Donovanın məktubuna cavab olaraq yazıb: “Çox sağ olun ki, məni də daxil etdiniz”.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm