Fransadan şad xəbər - "Synergy Baku" bir pillə irəlilədi - VİDEO
Bizi izləyin

İdman

Fransadan şad xəbər - "Synergy Baku" bir pillə irəlilədi - VİDEO

Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne" yarışının aprelin 29-da keçirilən 169 km-lik 5-ci mərhələsi “Synergy Baku” üçün daha bir uğurlu nəticə ilə yadda qalıb.

Publika.az xəbər verir ki, komandamızın üzvü Matey Müqerli məsafəni 4 saat, 13 dəqiqə, 4 saniyəyə başa vurub və bununla da finiş xəttini 3-cü keçib.

Xatırladaq ki, Matey Müqerli "Le Tour de Bretagne"ın 2-ci mərhələsində qalibiyyət sevinci yaşamışdı. 4-cü mərhələdə isə Yannis Tamuridis fərqlənərək 2-ci olmuşdu. 5-ci mərhələdə digər velosipedçilərimizin çıxışına gəlincə, Maksim Averin 13-cü, Dennis van Vinden isə 18-ci nəticə göstərib.

5-ci mərhələdəki uğurlu çıxışı Müqerliyə ümumi təsnifatda 5-ci pilləyə yüksəlməyə imkan verib. İndi o liderdən cəmi 24 saniyə geri qalır. Komanda hesabında isə "Synergy Baku" bir pillə irəliləyib və hazırda 22 kollektiv arasında 2-ci yerdədir.

Bu gün keçiriləcək 6-cı mərhələdə iştirakçılar 149 km məsafə qət edəcəklər. Qeyd edək ki, "Le Tour de Bretagne" yarışı "Synergy Baku" üçün mayın 6-10-da keçiriləcək "Tour d’Azerbaijan" veloyürüşü öncəsi son sınaq xarakteri daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm