Kasparov Xorvatiya vətəndaşlığını qəbul etdi
Bizi izləyin

İdman

Kasparov Xorvatiya vətəndaşlığını qəbul etdi

Kasparov Xorvatiya vətəndaşlığını qəbul etdi

Xorvatiya hökuməti tanınmış şahmatçı Harri Kasparova vətəndaşlıq verib. Publika.az xəbər verir ki, bu barədə qərar ötən həftə qəbul edilsə də, rəsmi məlumat bu gün açıqlanıb.

Kasparov özü bu haqda facebook səhifəsində hələ fevralın 28-də məlumat yaymışdı. Putin hakimiyyətinə qarşı müxalif mövqeyi ilə tanınan şahmatçı Xorvatiyanın kurort şəhəri Opatiyada şahmat akademiyası açmağı planlaşdırır.

Kasparov məsələyə belə münasibət bildirib: “Mənə göstərdikləri qiymətsiz köməyə görə xorvatiya hakimiyyətinə təşəkkür edirəm. FİDE-nin prezidenti postuna keçiriləcək seçkilər ərəfəsində bu addım mənim üçün böyük dəstək oldu”.

Xorvatiya rəsmiləri bildiriblər ki, Kasparovun ölkənin müstəqillik əldə etdiyi vaxt göstərdiyi dəstəyi yüksək dəyərləndirirlər.

Hazırda xaricdə yaşayan Kasparov bildirib ki, o, Putin hakimiyyətinin siyasi repressiyasının qurbanı olmaq istəmir. Şahmatçı bəyan edib ki, Putinin devrilməsi üçün daim mübarizə aparacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm