Qanadı qırılmış “Simurq” – Mövsümün sonunda...
Bizi izləyin

İdman

Qanadı qırılmış “Simurq” – Mövsümün sonunda...

"Simurq"da yaşanan maliyyə böhranı dərinləşməkdədir. Bugünlərdə klubdaxili keçirilən iclasda rəsmi açıqlama verilib. İclasda klub rəhbərliyi, futbolçular, məşqçilər, klubun və stadionun texniki işçiləri iştirak ediblər.

Publika.az xəbər verir ki, hər kəsə yanvardan bəri verilməyən məvaciblərin ödənilməyəcəyi deyilib. Rəhbərlik konkret şəkildə "borcu ödəməyə pulumuz yoxdu" deyib. Futbolçulara isə bildirilib ki, "İnter"lə oyunda kimisə meydana çıxmağa məcbur etməyəcəklər. Kim istəsə çıxıb oynaya, istəməyən isə əşyalarını yığışdırıb Zaqataladan gedə bilər. İclasda iştirak edən futbolçular Zaqatala azarkeşləri üçün "İnter"lə oyuna çıxacaqlarını bildiriblər.

Növbəti turda "Simurq" istirahət edəcəyindən, legionerlər "İnter"lə oyundan sonra, mövsümün sonunu gözləmədən vətənlərinə yollanacaqlar. Onların hər birinə sənədlərinin veriləcəyi vəd olunub. Yerli futbolçular isə mövsümün sonuna qədər komandada qalmağı və digər klublardan gələcək təklifləri götür-qoy etməyi planlaşdırıblar. Stadionun bütün texniki işçilərinə isə 3 aylıq öz hesablarına məzuniyyətə çıxmaq təklif olunub. Onlara bildirilib ki, 3 aydan sonra hər hansı bir dəyişiklik olsa, bütün işçilərə xəbər veriləcək.

Rəhbərlik mövcud durumun həllinə çalışsalar da, aprel və may aylarının maaşları dəqiq verilməyəcək. AZAL-ın vəziyyətdən çıxmaq üçün AFFA-dan kömək istədiyi də deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm