Naxçıvanda “Azərbaycan kəməri” uğrunda mübarizə
Bizi izləyin

İdman

Naxçıvanda “Azərbaycan kəməri” uğrunda mübarizə

Kikboksinq üzrə Peşəkarlar arası “Azərbaycan Kəməri” uğrunda döyüşlər may ayının 7-də 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur Olimpiya İdman kompleksində keçiriləcək.

Publika.az xəbər verir ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Şərq Döyüşü Sənəti Federasiyası, Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Azərbaycanda peşəkar yarışmanın ilk dəfə olaraq keçirildiyini bildirib:

“Respublikada kikboksinq idman növünün peşəkar istiqamətinin inkişaf etdirilməsi, həmçinin idmançıların ustalığının artırılması, cəmiyyətlərdə, klublarda, şəhər və rayonlarda kikboksinq üzrə bölmələrin işlərinə qiymət verməkdir. Həmçinin, bu çempionatın qalibləri, hər çəki dərəcəsindəki kəmər sahibləri, ölkəmizi beynəlxalq peşəkar yarışlarda təmsil edəcəklər”, - deyə federasiya rəhbəri əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm