İdman
"Qəbələ" Avropa Liqasında!
“Qəbələ” 2015/16 mövsümündə Avropa Liqasında çıxış edəcək.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,
“qırmızı-qaralar” ardıcıl olmaqla, tarixində 2-ci dəfə qitə
miqyaslı turnirdə Azərbaycanı təmsil etməyə vəsiqə qazanıb. Roman
Qriqorçukun futbolçuları avrokubok iştirakçıları arasında yerini
Azərbaycan Premyer Liqasının 32-citurunun ilk oyun günündə təmin
edib.
Buna Zaqatala “Simurq”unun öz meydanında “İnter”ə 2:3 hesabı ilə
uduzması səbəb olub. Xal itkisi meydan sahiblərinin ilk “dördlük”də
yer alan klublara çatmayacağını rəsmiləşdirib. “Qarabağ”, “İnter”,
“Neftçi” və “Qəbələ” Premyer Liqanın ilk 4 pilləsində yer alaraq
qitə kuboklarında ölkəmizi təmsil edəcək. Ölkə kubokunun finalında
da (“Qarabağ” – “Neftçi”) “dördlük”də yer alan klublar üz-üzə
gələcəyindən digər komandalar avrokubok mübarizəsinə
qoşulmayacaq.
Beləliklə, son 8 çempionat oyununda 8 qələbə qazanıb, xal hesabını 46-ya çatdıran “Qəbələ” ötən il olduğu kimi yenə mövsüm başa çatmamış Avropa Liqasına vəsiqəni təmin edib. Həmin vaxt qitə miqyaslı turnirin I təsnifat mərhələsində oynamaq hüququ qazanan “qırmızı-qaralar” Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu ilə qarşılaşmada debüt etmişdi. İyulun 3-də Qəbələdə 0:2, 1 həftə sonra səfərdə 0:3 hesabı ilə məğlub olan komanda mərhələ adlaya bilməmişdi.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom