• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Boks üzrə muxtar respublika turniri başa çatdı

  • İdman
  • 3 May 2015 19:10
  • 621 Baxış
Boks üzrə muxtar respublika turniri başa çatdı

1 may 2015-ci il tarixində Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş boks üzrə Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.

Publika.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi turnirdə muxtar resbuplikanın şəhər və rayonlarının ümumilikdə 150-dən çox dəri əlcək sahibi mübarizə aparıb.

Turnirin bağlanış mərasimində çıxış üçün söz Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılova verilib. O, qeyd edib ki, son illər Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbovun idmana göstərdiyi diqqət və qayğı özünü göstərməkdədir. Bunun bariz nümunəsi kimi muxtar respublika bir çox beynəlxalq turnirlərə ev sahibliyi edir. Bu gün umummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönünümə həsr olunmuş boks üzrə turnirdə idmançıların yüksək peşəkarlıqla döyüşləri bizdə xoş təəssüratlar yaratdı. Keçirilən bu turnir bir daha onu göstərir ki, Azərbaycanın bütün bölgələrində olduğu kimi muxtar respublikada da idman yüksək səviyyədə inkişaf edib. Mən, bu idman tədbirini təşkil edən təşkilatçılara təşəkkürümü bildirirəm və qalib idmançılara daha böyük müvəffəqiyyətlər arzulayıram”.

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirdi ki, muxtar respublikada fəaliyyət göstərən 12 federasiya nazirliklə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş turnirlər keçirəcək və ilk belə turnir boks üzrə muxtar respublika turniridir. Naxçıvanda təşkil olunan beynəlxalq turnirlər onun göstəricisidir ki, bu gün təkcə paytaxt Bakıda yox, Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da idman sahəsinə diqqət yüksək səviyyədədir. Bu il ilk dəfə Bakıda təşkil olunan Avropa Oyunlarının məşəlinin muxtar respublikaya gətirilməsi münasibətilə ötən günlərdə Alov festivalı təşkil edildi və bu hadisə Naxçıvan idmançıları üçün əlavə stimul yaratdı. Muxtar respublikada idmana, idmançılara göstərilən qayğının nəticəsidir ki, bu gün beynəlxalq arenalarda idmançılarımız Azərbaycanın bayrağını layiqincə dalğalandırırlar. İnanırıq ki, bu gün keçirilən boks turnirində uğur qazanan boksçularımız gələcəkdə daha böyük nailiyyətlər əldə edəcək. Hər bir idmançını, onu yetişdirən, hazırlayan məşqçi-müəllimləri təbrik edirəm”.

2 gün davam edən və 13 çəki dərəcəsində 150-dən çox idmançının mübarizə apardığı turnirdə İlkin Qurbanov (34 kq), Ülvi Süleymanov (38 kq), Muxtər Fərzəliyev (42 kq), Ayxan Cavadlı (46 kq), Əhməd Cəfərov (48 kq), Kərim Babayev (52 kq), Nihad Quliyev (56 kq), Arif Babayev (60 kq), Məhəmmədəli Bağırov (64 kq), Elnur Mustafayev (69 kq), Qənbər Abdullayev (75 kq), Elmar Cəbrayılov (81 kq) və Ayxan İsayev (91 kq) bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüblər. Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR