İdmançımız gimnastika üzrə XXXI Avropa çempionatında bürünc medal qazanıb - FOTO
Bizi izləyin

İdman

İdmançımız gimnastika üzrə XXXI Avropa çempionatında bürünc medal qazanıb - FOTO

Minskdə keçirilmiş bədii gimnastika üzrə “Avropa-2015” çempionatının sonuncu medal dəstinin sahibləri də məlum olub.

Publika.az xəbər verir ki, təmsilçimiz Marina Durunda çempionatda bürünc medala layiq görülüb. Yarışlar bitdikdən sonra onun ümumi nəticəsi 4 (17,900) olub. Marina Durundanı beloruslu Yekaterina Qalkina (17950) üstələyib. Lakin məşqçilərimiz protest ediblər və protest Avropa Gimnastika İttifaqının münsiflər heyəti tərəfindən təmin olunub.

Ən yaxşı nəticəni Rusiya təmsilçisi Yana Kudryavtseva göstərib. Çempionatın lentlə hərəkətlər üzrə qalibi 18900 xal toplayıb. Belarus yığmasının başçısı Melitina Stanyut (18133) yarışların gümüş medalına layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm