İdman
100-cü qolu vurmaq üçün rəqib müdafiəçilərə pul təklif edib
Ukrayna çempionatının 22-ci turunun "Çernomorets"lə oyunu "Dnepr"in və Ukrayna millisinin hücumçusu Yevgeni Seleznyov üçün əlamətdar olub. Belə ki, komandasının 3:0 qalib gəldiyi matçda sonuncu qola imza atan Seleznyov Ukrayna çempionatında özünün yubiley - 100-cü qolunu vurub.
Publika.az xəbər verir ki, Seleznyovun komanda yoldaşı Yevgeni Konoplyanka yerli mətbuata 29 yaşlı hücumçunun bu yubileyi necə arzuladığından danışıb:
"Yevgeni uzun müddətdir yubiley arzusunda idi. Bu, böyük uğurdur. Bunun üçün çox çalışırdı. O, hamıdan top istəyirdi. Hakimlərdən, məndən, hətta rəqib müdafiəçilərdən. Məndə belə təəssürat yarandı ki, o, bunun üçün rəqib müdafiəçilərə pul da təklif edib (gülür).
Çox şükür ki, o, yubiley arzusuna çatdı. Bundan sonra fərdi oyundan əl çəkərək, komanda üçün oynamağa başlayar. Mənim də canım hər oyunda ona ötürmə verməkdən qurtular".
Hazırda Ukrayna çempionatında qol rekordu Kiyev "Dinamo"sunun sabiq hücumçusu Maksim Şatskixə məxsusdu. "Qoverla"nın şərəfini qoruyan Özbəkistan millisinin sabiq üzvünün hesabında 124 qol var.
-
Magazin112:31
Hüseyn Həsənov Rəşad Dağlının oğluna görün nə hədiyyə etdi - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın