Peşəkar boksçumuzdan növbəti nokaut
Bizi izləyin

İdman

Peşəkar boksçumuzdan növbəti nokaut

Azərbaycanı və “Qəbələ” idman klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov növbəti qələbəsini qazanıb.

Publika.az xəbər verir ki, 35 yaşlı idmançı Avropa Azərbaycan Cəmiyyəti, Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyada Azərbaycan diasporunun dəstəyi ilə təşkil olunan möhtəşəm boks gecəsində rinqə çıxıb.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan yarış çərçivəsində keçirilən döyüşdə F.Məmmədovun rəqibi belaruslu Andrey Abramenko olub. Qarşılaşma reytinq xarakteri daşıyıb. Bunadək çıxdığı 29 döyüşdə 20 qələbəsi, 2 heç-heçəsi, 7 məğlubiyyəti olan rəqiblə döyüşün 10 raund davam etməsi nəzərdə tutulsa da, idmançımız görüşün taleyini vaxtından əvvəl həll edib. Belə ki, F.Məmmədov 2-ci raundda qalib gəlib. O, buna rəqibini nokauta göndərməklə nail olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm